Fransanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Fransanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Fransanın xarici işlər naziri Katrin Kolonna Azərbaycana səfər edəcək.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, XİN başçısı Kolonna aprelin 26-28-də Azərbaycanda və Ermənistanda səfərdə olacaq.

Bu səfərdə diplomat Stepanakert-Laçın yolundakı vəziyyəti müzakirə edəcək.

Fransalı diplomat Bakıda prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. 

Nazir Yerevanda Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. O, Avropa İttifaqının Müşahidə Missiyasının Cermukdakı qərargahına baş çəkəcək.

Aprelin 28-də isə Katrin Kolonna Gürcüstana səfər edəcək. Tiflisdə Gürcüstan Respublikasının prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili ilə görüşlər nəzərdə tutulur.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT