İranla sərhədin olması Azərbaycanla İsrail arasında münasibətləri çox mühüm edir։ Koen

İranla sərhədin olması Azərbaycanla İsrail arasında münasibətləri çox mühüm edir։ Koen

İsrailin xarici işlər naziri Eli Koen Bakıya işgüzar səfərə gəlib. Səfər çərçivəsində o, Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər və iqtisadiyyat nazirləri ilə görüşlər keçirəcək. İsrail nümayəndə heyətinə 20 şirkətin nümayəndələri də daxildir.

İsrailin xarici işlər naziri Azərbaycana yola düşməzdən əvvəl hava limanında jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, İranla sərhədin olması Azərbaycan və İsrail arasında münasibətləri çox vacib edir.

Koen əlavə edib ki, Azərbaycana səfəri zamanı o, iki ölkə arasında iqtisadiyyat, ticarət, müdafiə, enerji və innovasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsini davam etdirmək niyyətindədir.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT