Ermənistanla Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır: KTMT

Ermənistanla Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır:  KTMT

“Ermənistanla Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır”.

Bunu Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri İmanqali Tasmaqambetov deyib.

“Ermənistan və Azərbaycan arasında uzun illər davam edən ziddiyyətlər nəticəsində Qafqaz regionunda gərginlik davam edir. Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı risklər aktual olaraq qalır”, - o bildirib.

Cümə axşamı Azərbaycanın Müdafiə Nazirliyi silahlı qüvvələrinin Laçın rayonunun Ermənistanla sərhəddə yerləşən yüksəklikləri və ərazilərini nəzarətə götürdüyünü açıqlamışdı.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT