Laçin dəhlizində keçid məntəqəsinin yaradılması ilə bağlı heç bir müzakirə aparılmayıb։ Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Laçin dəhlizində yaradılmış vəziyyətə toxunub. O, Rusiya, Ermənistan və Azərbaycan nümayəndələri arasında Laçin dəhlizi ərazisində keçid məntəqəsinin yaradılması ilə bağlı müzakirələrin aparılıb-aparılmamasına dair sualına cavab olaraq qedy edib ki, yox, belə müzakirə olmayıb.
Mariya Zaxarova bildirdi ki, aprelin 6-7-də Sergey Lavrov Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edəcək. Tərəflər ikitərəfli maraq doğuran bir sıra məsələləri, o cümlədən enerji, ticarət və turizm sahələrində əməkdaşlığı müzakirə edəcək. Rusiya diplomatının səfərinin gündəmində Dağlıq Qarabağ münaqişəsi, Ukrayna və Suriyadakı inkişaflar də var.





