Türkiyə heç bir müharibənin tərəfi olmaq niyyətində deyil: Ərdoğan

Türkiyə heç bir müharibənin tərəfi olmaq niyyətində deyil: Ərdoğan

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) seçkilərdə qələbə qazanacağı halda müharibələrə qatılmamaq, ailə institutunun qorunması və Suriyadan olan miqrasiya axınının qarşısını almaq kimi üç ana xətt üzrə hərəkət edəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “A-Haber” kanalına müsahibəsində bildirib.

Ərdoğan, həmçinin əlavə edib ki, son iki il ərzində Qərb ölkələri Türkiyəni Rusiyaya qarşı müharibəyə cəlb etmək istəyirdi, lakin AK Parti bunun qarşısını alıb.

O həmçinin bildirib ki, Rusiya lideri Vladimir Putin Türkiyəyə səfər edə bilər. Ərdoğan qeyd edib ki, rusyalı həmkarının 27 apreldə "Akkuyu" Atom Elektrik Stansiyasının açılışında iştirak etmək ehtimali var.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT