Moskva ümid edir ki, Bakı ilə Tehran arasında münasibətlərdəki gərginlik müvəqqətidir

Moskva ümid edir ki, Bakı ilə Tehran arasında münasibətlərdəki gərginlik müvəqqətidir

Rusiya ümid edir ki, İranla Azərbaycan arasında münasibətlərdəki gərginlik müvəqqətidir və ən qısa zamanda aradan qaldırılacaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərincə, bu çətinliklərin aradan qaldırılması Rusiya, İran və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlığın təşviqinə, o cümlədən “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çərçivəsində vacib layihələrin həyata keçirilməsi kontekstində”   töhvə verəcək.

“Biz dostlarımıza mövcud problemlərin həllində kömək etməyə hazırıq”,- deyə Lavrov yekunlaşdırıb.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT