Suriyanın şimal-şərqində daha bir Amerika hərbi bazası raketlərlə vurulub

Suriyanın şimal-şərqində daha bir Amerika hərbi bazası raketlərlə vurulub

Pentaqonun rəsmi nümayəndəsi Patrik Rayder bildirib ki, Suriyanın şimal-şərqində yerləşən Amerika hərbi bazalarından daha biri raketlərlə vurulub, itkilər barədə məlumat yoxdur.

Bundan əvvəl Pentaqon məlumat vermişdi ki, İran pilotsuz uçuş aparatı ABŞ beynəlxalq antiterror koalisiyasının Suriyanın şimal-şərqindəki bazasına hücum edib və nəticədə bir amerikalı müqaviləli hərbçi həlak olub.

Buna cavab olaraq ABŞ Hərbi Hava Qüvvələri Ərəb Respublikası ərazisində yerləşən və Vaşinqtonun fikrincə, İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli ola biləcək hədəflərə aviazərbələr endirib.

Pentaqonun nümayəndəsi qeyd edib ki, Vaşinqton İranla münasibətlərdə gərginliyin və münaqişənin genişlənməsinə can atmır. “Məqsədimiz “İslam Dövləti” qruplaşmasının məğlubiyyətidir. Amma xalqımıza hədə-qorxu gəlsə, biz müvafiq cavab verəcəyik”, - deyə Rayder əlavə edib.

Co Bayden də eyni bəyanatla çıxış edib. ABŞ prezidenti xəbərdarlıq edib ki, Vaşinqton lazım gələrsə, Tehranla əlaqəli qruplaşmaların hücumlarına cavab verməyə hazırdır.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT