Aİ Azərbaycan və Ermənistan ilə münasibətlərdən sui-istifadə edir: Lavrov

Aİ Azərbaycan və Ermənistan ilə münasibətlərdən sui-istifadə edir: Lavrov

Avropa İttifaqı (Aİ) Ermənistan ərazisinə vətəndaş missiyası göndərməklə Azərbaycan və Ermənistan ilə münasibətlərdən sui-istifadə edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib. Sergey Lavrov Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyasının legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurduğunu söyləyib.

Onun sözlərincə, Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyası, öz funksiyası, mandatı, öz müddəti, “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına göstərilən səylərə əlavə dəyər qatacağı” ilə bağlı çoxlu suallar doğurur. 

“Biz yaranan bütün problemlərin həllinə töhfə vermək prinsipini rəhbər tuturuq ki, bu, ilk növbədə üç liderin prinsipial razılaşmalarına əsaslanar, ikincisi, region ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığı təmin edərdi”, - deyə Rusiya XİN başçısı qeyd edib.

Lavrov regiondan kənar oyunçuların nəyinsə xeyrinə deyil, kiminsə əksinə işləmək istədiklərini qeyd edib:

“Biz bunu görürük. Əminəm ki, prosesə birbaşa cəlb olunan tərəflər də görür”, - deyə o əlavə edib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT