BMT-nin baş katibi Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının yerinə yetiriləcəyinə ümid etdiyini bildirib

BMT-nin baş katibi Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının yerinə yetiriləcəyinə ümid etdiyini bildirib

BMT baş katibinin sözçüsü Stefan Düjarrik Ermənistan və Azərbaycan arasında gedən proseslər çərçivəsində Beynəlxalq Məhkəmənin qərarları ilə bağlı açıqlama verib.

Qeyd olunub ki, BMT-nin baş katibi Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 22-də Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında proseslərdə qəbul edilmiş qərarlarını nəzərə alaraq, məhkəmə qərarlarının icra üçün məcburi olduğunu xatırladıb.

“Baş katib ümid ediri ki, tərəflər Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək daxil olmaqla, öhdəliklərini yerinə yetirəcəklər. Baş katib ümid edir ki, Ermənistan və Azərbaycan ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəklər və konstruktiv dialoqu qətiyyətlə təşviq edəcəklər”, - bəyanatda deyilir.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT