Moskva sülh prosesinin prinsipləri ilə bağlı Rusiyanın mövqeyini Yerevan və Bakıya çatdırdı: Qaluzin

Moskva  sülh prosesinin prinsipləri ilə bağlı Rusiyanın mövqeyini  Yerevan və Bakıya çatdırdı: Qaluzin

Rusiyanın vasitəçiliyi hər iki tərəfin maraqlarını nəzərə alacaq qarşılıqlı məqbul həll yollarının tapılması məqsədlə Ermənistan və Azərbaycan arasında konstruktiv və mənalı dialoqun təmin edilməsinə yönəlib.

Bunu  “TASS”-a müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Bu məqsədlə Rusiya Federasiyası xarici işlər nazirinin Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi İqor Xovayev mütəmadi olaraq Yerevana və Bakıya səfər edir. Biz həmçinin tərəflərin yanaşmalarını nəzərə alan sülh prosesinin fundamental prinsipləri və parametrləri ilə bağlı Rusiyanın mövqeyini tərəfdaşlarımıza çatdırdıq”, - deyə o vurğuladı.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT