ABŞ Cənubi Qafqazda gərginliyin azaldılması üçün mümkün hər şeyi edəcək

ABŞ Cənubi Qafqazda gərginliyin azaldılması üçün mümkün hər şeyi edəcək

ABŞ Cənubi Qafqazda gərginliyin azaldılması üçün mümkün hər şeyi edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdə deyib.

"Həm Ermənistana, həm Azərbaycana, eləcə də bütünlükdə regiona mesajımız vəziyyəti hərtərəfli və davamlı sülh yoluna qaytarmaq üçün gərginliyin azaldılması metodunu tapmağın vacibliyindən ibarətdir", - o deyib.

N.Prays həmçinin, ABŞ-ın sülh danışıqlarında iştirak etdiyini və birbaşa tərəflərlə görüşməklə, habelə çoxtərəfli görüşlər vasitəsilə regionda vəziyyətin yumşaldılması üçün mümkün bütün səyləri göstərməyə davam edəcəyini bildirib.

"Digər ölkələrin də bu yanaşmada maraqlı olacaqlarına ümid edirik", - mətbuat katibi əlavə edib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfəri və zəlzələdən sonra Ermənistanın göstərdiyi humanitar yardıma toxunan Prays zəlzələdən sonra dünyanın müxtəlif ölkələrinin Türkiyə və Suriyaya etdiyi yardımları alqışlayıb.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT