Azərbaycan hakimiyyəti siyasi motivlərlə həbsdə olanların həyatına görə məsuliyyət daşıyırlar: Prays

Azərbaycan hakimiyyəti siyasi motivlərlə həbsdə olanların həyatına görə məsuliyyət daşıyırlar: Prays

Dövlət Departamenti Azərbaycan hakimiyyətinə həbsdə olan fəal Bəxtiyar Hacıyevin vəziyyətinə görə məsuliyyətini xatırladıb. 

"Kimisə siyasi motivlərlə həbs edəndə, hakimiyyət zəruri tibbi yardımı göstərməli və bu şəxsin humanitar ehtiyaclarını təmin etməlidir", - deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib.

"Əlbəttə ki, onu həbsdə saxlayanlar son nəticədə onun həyatına görə məsuliyyət daşıyırlar",- o, əlavə edib.

O həmçinin qeyd edib ki, yanvarın 23-də dövlət katibi Entoni Blinken prezident İlham Əliyevlə söhbəti zamanı Azərbaycanda insan hüquqları ilə bağlı narahatlığını bildirib:

"Dövlət katibi Azərbaycanlı həmkarı ilə söhbət edərkən onlar geniş məsələlər dairəsini müzakirə edirlər. Onlar, əlbəttə ki, Dağlıq Qarabağı müzakirə edirlər, regional problemləri müzakirə edirlər, amma insan hüquqları haqqında daha geniş söhbət də var. Bizim istənilən ölkədə, o cümlədən də Azərbaycanda insan hüquqlarının möhkəmlənməsinin ikitərəfli münasibətlərimizi də möhkəmləndirdiyi haqqında düşüncəmiz vurğulanır", - deyə o bildirib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT