Ceyhan neft terminalında əməliyyatlar dayandırılıb: Reuters

Ceyhan neft terminalında əməliyyatlar dayandırılıb: Reuters

Türkiyədə baş verən güclü zəlzələ səbəbindən ölkənin cənubunda yerləşən Ceyhan neft terminalında əməliyyatlar dayandırılıb.

Bu barədə “Reuters” agentliyinə Türkiyənin energetika nazirliyinin nümayəndəsi məlumat verib.

Bununla belə, İraq neftini Ceyhana nəql edən Kərkük-Ceyhan və Azərbaycan neftini Türkiyəyə daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinə ziyan dəyməyib. Bu kəmərləri ilə neftin nəqli davam etdirilir.

Həmçinin qeyd edilir ki, hazırda bu məsələ ilə bağlı təcili toplantı keçirilir.

Qeyd edək ki, Ceyhan neft terminalı zəlzələnin episentrindən 155 kilometr məsafədə yerləşir.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT