logo

Paşinyan Putinlə telefon danışığında DQ-da yaradılmış humanitar böhranın aradan qaldırılması üçün Rusiyanın lazımi addımları atmasının vacibliyini vurğulayıb

Paşinyan Putinlə telefon danışığında DQ-da yaradılmış humanitar böhranın aradan qaldırılması üçün Rusiyanın lazımi addımları atmasının vacibliyini vurğulayıb

ER-nin Baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Baş nazir Paşinyan Azərbaycanın Laçın dəhlizini qanunsuz blokadaya alması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhrana toxunaraq, bunun aradan qaldırılması üçün Rusiya tərəfindən lazımi addımların atılmasının vacibliyini qeyd edib.

Bu kontekstdə Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasının fəaliyyətinə toxunulub.

Həmsöhbətlər Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar 2021-ci il, 26 noyabr və 31 oktyabr 2022-ci il tarixlərində imzaladığı üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Ermənistan-Rusiya əməkdaşlığına dair gündəlikdəki digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT