Laçin dəhlizinin blokadasını tamamilə açmağa çağırırıq: Zaxarova

Laçin dəhlizinin blokadasını tamamilə açmağa çağırırıq: Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Laçin dəhlizində yaranmış vəziyyətə toxunub. O qeyd etdi ki, vəziyyətin normallaşması istiqamətində enerjili səylər davam etdirilir. 

"Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontigentinin komandanlığı Rusiya Federasiyası Xarici İşlər Nazirliyi ilə əməkdaşlıqda bütün maraqlı tərəflərlə daim əlaqə saxlayır və vəziyyətin həlli üçün səylər göstərilir.

De-eskalasiyaya çağırışlarla məhdudlaşan xarici oyunçuların əksəriyyətindən fərqli olaraq Rusiya tərəfi yerdə real olaraq düyünün açılması yollarını axtarır, humanitar yardım edir.

Biz  Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq Laçin dəhlizinin blokadasına tamamilə açmağa çağırırıq. Bakı və Yerevana mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün siyasi iradə nümayiş etdirməyə çağırırıq”,- Zaxarova qeyd etdi.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT