Aİ missiyası Azərbaycanın razılığı olmadan sərhəddə yerləşdiriləcəksə, qeyri-məhsuldar olacaq: Lavrov

Aİ missiyası Azərbaycanın razılığı olmadan sərhəddə yerləşdiriləcəksə, qeyri-məhsuldar olacaq: Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında Aİ-nin müşahidə missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinə mənfi münasibət bildirib.

“Baxmayaraq ki, biz Ermənistanla müttəfiqik, KTMT missiyası tam hazırdır, amma Ermənistan tərəfi sərhəddə uzun müddətə mülki müşahidəçi missiyasının yerləşdirilməsi ilə bağlı Avropa İttifaqı ilə razılaşmağa üstünlük verir. Bu əlbəttə ki, Ermənistanın hüququdur. Lakin unutmaq lazım deyil ki, söhbət Azərbaycanla sərhəddən gedir. Yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan sərhəddə yerləşdiriləcəksə, qeyri-məhsuldar olacaq”, - deyə  Rusiya XİN başçısı vurğulayıb.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT