ATƏT Baş katibi Rusiyanın təşkilatdan çıxarılmasının əleyhinə olduğunu bildirib

ATƏT Baş katibi Rusiyanın təşkilatdan çıxarılmasının əleyhinə olduğunu bildirib

ATƏT Baş katibi Helqa Şmit Rusiyanın təşkilatdan çıxarılmasının əleyhinə olduğunu bildirib. ATƏT Baş katibi bu barədə "Die Welt"ə müsahibəsində deyib.

"Hesab edirəm ki, bugünkü nöqteyi-nəzərdən Rusiyanın ATƏT-in üzvü olmağa davam etməsi məntiqlidir. Bir gün yenidən kommunikasiya kanallarına ehtiyacımız olacaq", - o deyib.

Onun sözlərinə görə, diplomatik kanalların saxlanması təşkilatın Moskvanın mövqeyi ilə razılaşdığı anlamına gəlmir: "Eyni masa arxasında oturmaq “diplomatik nəzakət mübadiləsi” demək deyil".

Almaniyalı diplomat əlavə edib ki, ATƏT Avropa təhlükəsizlik arxitekturasında mühüm rol oynayan bütün tərəflərin bir masa arxasında oturduğu yeganə təhlükəsizlik təşkilatıdır.

O xatırladıb ki, ATƏT soyuq müharibə dövründə müxtəlif maraqları olan ölkələr tərəfindən yaradılıb və Avropa Şurasından fərqli olaraq, ATƏT-in Rusiya Federasiyasını təşkilatdan xaric edə biləcəyi mexanizm yoxdur.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT