logo

Kipr XİN Azərbaycanı Laçın dəhlizində nəqliyyatın hərəkətini dərhal bərpa etməyə çağırıb

Kipr XİN Azərbaycanı Laçın dəhlizində nəqliyyatın hərəkətini dərhal bərpa etməyə çağırıb

Kipr Respublikasının Xarici İşlər Nazirliyi Laçın dəhlizi ətrafında yaranmış vəziyyətlə bağlı bəyanat yayıb.

“Kipr Respublikasının Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ əhalisinin blokadaya düşməsinə və əraziyə tədarük xəttinin kəsilməsinə səbəb olan Laçın dəhlizində nəqliyyatın hərəkətinin dayandırılması barədə məlumatlardan narahatdır.

Təbii qazın tədarükünün kəsilməsi ilə bağlı xəbərlər narahatlığı daha da artırır.

Kipr Respublikasının Xarici İşlər Nazirliyi regionda humanitar vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün Azərbaycanı dərhal nəqliyyatın hərəkətini və enerji təchizatını bərpa etməyə çağırır”, - deyə məlumatda bildirilir.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT