Azərbaycan və Türkiyənin müdafiə nazirləri hərbi əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər

Azərbaycan və Türkiyənin müdafiə nazirləri hərbi əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər

Dekabrın 5-də Azərbaycan və Türkiyə müdafiə nazirləri Zakir Həsənovla Hulusi Akarın görüşü olub.

Qarşılıqlı maraq doğuran mövzulara dair aparılan fikir mübadiləsi zamanı iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Z.Həsənov Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdiyini qeyd edib və bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilən "Qardaş yumruğu" birgə təliminin əhəmiyyəti də vurğulanıb.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT