Ararat Mirzoyan Kanadanın Xİ naziri ilə görüşdə Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən çıxarılmasının vacibliyini vurğulayıb

Ararat Mirzoyan Kanadanın Xİ naziri ilə görüşdə Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən çıxarılmasının vacibliyini vurğulayıb

Dekabrın 1-də ATƏT-in nazirlər forumu çərçivəsində ER xarici işlər naziri Ararat Mirzoyan Kanadanın xarici işlər naziri Melani Joli ilə görüşüb.

Ermənistan və Kanadanın xarici işlər nazirləri Ermənistan-Kanada münasibətlərinin inkişaf imkanlarını müzakirə ediblər. Bununla bağlı Kanadanın Yerevanda səfirlik açmaq qərarı xüsusi vurğulanıb.

Həmsöhbətlər Ermənistanda demokratik islahatların təşviqində iki hökumətin əməkdaşlığının daha da gücləndirilməsini vurğulayıblar.

Nazir Mirzoyan Azərbaycanın Ermənistan Respublikasının ərazi bütövlüyünə qarşı törətdiyi təcavüzə toxunaraq, Azərbaycan qoşunlarının Ermənistan Respublikasının suveren ərazisindən çıxarılmasının vacibliyini vurğulayıb. Ermənistan Respublikasının xarici işlər naziri həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması və Dağlıq Qarabağ problemi ilə bağlı son hadisələri təqdim edib.

Melani Joli Aİ-nin Ermənistandakı müşahidə missiyasının regionda sabitliyin qorunmasında rolunu xüsusi qeyd edib və missiyaya dəstəyini bildirib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT