Qafqaz regionunda Ermənistan hökumətinin və digər iştirakçıların sülh razılaşmaların əldə edilməsi istiqamətində səyləri müsbət rol oynayır: Zas

Qafqaz regionunda Ermənistan hökumətinin və digər iştirakçıların sülh razılaşmaların əldə edilməsi istiqamətində səyləri müsbət rol oynayır: Zas

KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şurası Katibləri Komitəsinin birgə iclası zamanı Stanislav Zas iclas zamanı aşağıdakı məsələlərin müzakirəsini təklif edən gündəliyi təqdim edib:

“KTMT-nin kollektiv təhlükəsizlik regionlarının hərbi-siyasi vəziyyəti və təşkilatın fəaliyyəti. Daha sonra sənədlərin hazırlanması barədə sizə məlumat verəcəyəm. Hazırlanmış, təsdiq edilmiş və diqqətinizə təqdim edilmiş 24 sənədimiz var. Müzakirələrdən sonra sizin razılığınızla 24 sənədin imzalanması gözlənilir.

Bir daha təsdiq edirəm ki, onlar bizim təşkilatın tələb etdiyi prosedurlardan keçiblər. Və hətta dünən bəzi sənədlər yeniləndi”, -deyə  Zas bildirib.

KTMT-nin baş katibi çıxışı zamanı Ermənistan-Azərbaycan münasibətləri məsələsinə də toxunub.

“Hörmətli birgə iclas iştirakçıları, Kollektiv Təhlükəsizlik Şurasının tövsiyələrini, digər nizamnamə orqanlarının icazəsini, Ermənistanın sədrliyinin prioritetlərini nəzərə alaraq, biz KTMT-yə üzv dövlətlərin birliyinin möhkəmləndirilməsi və təşkilatın bütün istiqamətlərdə fəaliyyətiնին daha da fəallaşdırılması layihəsini təqdim edirik.

Nəzərə alsaq ki, son vaxtlar beynəlxalq vəziyyətin inkişafındakı mənfi meyillər xüsusi kəskinliklə özünü göstərir, səylərimiz xüsusi əhəmiyyət kəsb edir.

Qafqaz regionunda Ermənistan hökumətinin və digər iştirakçıların səyləri sülh sazişlərinin əldə olunmasında, sərhədlərin leqallaşdırılmasında və nəqliyyat kommunikasiyalarının açılmasında müsbət rol oynayır. Eyni zamanda Ermənistan-Azərbaycan sərhədində də gərginlik davam edir. KTMT-nin Böhran Vəziyyətlərinə Nəzarət Mərkəzi vasitəsilə əldə etdiyimiz məlumat Ermənistan-Azərbaycan sərhədində demək olar ki, hər gün atışmaların olduğunu təsdiqləyir.

Ümumiyyətlə, Kollektiv Təhlükəsizlik Şurasının Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında KTMT-nin müşahidə missiyasının nəticələri və tövsiyələri əsasında hazırlanmış layihəsi razılaşdırılıb”, - deyə Zas əlavə edib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT