Beynəlxalq Frankofoniya Təşkilatının üzvləri Ermənistana dəstək və həmrəy olduqlarını bildiriblər

Beynəlxalq Frankofoniya Təşkilatının üzvləri Ermənistana dəstək və həmrəy olduqlarını bildiriblər

Noyabrın 20-də Tunisin Cerba şəhərində keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 18-ci sammitinin yekunu olaraq bir sıra sənədlər, o cümlədən “Frankofoniya ərazisində böhranlı vəziyyətlər, onların aradan qaldırılması və sülhün möhkəmləndirilməsi haqqında” qətnamə qəbul edilib. Bu qətnamə ilə üzv dövlətlər Ermənistana dəstək və həmrəyliklərini bildirirlər.

Qətnamədə xüsusilə Frankofoniyanın üzvü olan Ermənistanla həmrəylik ifadə edilir və bu kontekstdə son hərbi eskalasiya, xüsusilə bunun nəticəsində beynəlxalq hüquq, ərazi bütövlüyü və beynəlxalq humanitar hüquq normalarının pozulması ilə bağlı dərin narahatlıq ifadə edilir.

Sənəddə yeni eskalasiyanın qarşısının alınmasının vacibliyi vurğulanıb və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tam həyata keçirilməsinə çağrılıb, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli həlli istiqamətində göstərilən səylər alqışlanıb0

Frankofoniya Təşkilatı həmçinin mədəni irsin məhv edilməsi ilə bağlı narahatlığını ifadə edir və UNESKO-nun Dağlıq Qarabağ və ona bitişik ərazilərdəki missiyasının həyata keçirilməsini dəstəkləyir.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT