Zaxarova Lavrovun İndoneziyada xəstəxanaya yerləşdirilməsi xəbərini feyk adlandırıb

Zaxarova Lavrovun İndoneziyada xəstəxanaya yerləşdirilməsi xəbərini feyk adlandırıb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun Bali adasında xəstəxanaya yerləşdirilməsinə dair xəbərə münasibət bildirib.

Zaxarova bu barədə məlumatı "feyk" adlandırıb.

“Sergey Viktoroviçlə İndoneziyada xəbər lentini oxuyuruq və gözlərimizə inanmırıq: sən demə, o, xəstəxanaya yerləşdirilib. Əlbəttə ki, bu, "feyklər"in ali pilotajıdır”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov da Bali adasında xəstəxanaya yerləşdirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Lavrov hazırda hoteldə olduğunu və sabahkı sammit üçün materialları oxuduğunu söyləyib.

“Mən hoteldə sabahkı sammit üçün materialları oxuyuram”, - deyə Lavrov Rusiya XİN sözçüsü Mariya Zaxarovanın telegram kanalında qısa qol köynək və şortla paylaşdığı videoda bildirib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT