Tehran Ermənistan və Azərbaycan arasında diplomatik dialoqu alqışlayır: İran XİN

Tehran Ermənistan və Azərbaycan arasında diplomatik dialoqu alqışlayır: İran XİN

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani mətbuat konfransı zamanı Ermənistan və Azərbaycan arasında aparılan danışıqlara toxunaraq qeyd edib ki, Tehran İranın prioritetlərindən biri olan diplomatik dialoqları alqışlayır.

Kanani Azərbaycan prezidentinin, eləcə də bu ölkənin bəzi KİV-lərinin İrana qarşı son bəyanatları ilə bağlı suala cavab olaraq bildirib:

“Bildiyiniz kimi, ötən həftə Azərbaycanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və İranın sərt etirazı ona təqdim edilib. İranın siyasəti qonşularla qonşuluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə əsaslanır. Azərbaycan da bu məsələdə istisna deyil. Amma heç kimin İranın bu siyasətini yanlış anlamaq haqqı yoxdur. Belə “xırda külək”lərdən davranışımız həssaslaşmır. Ona görə də heç kim İranın susqunluğunu və səbrini ölkənin zəifliyi kimi şərh etməməlidir. Qonşularla siyasətimiz qonşuluğun möhkəmləndirilməsi üzərində qurulub, ona görə də medianın arxasında mövqe bildirmək, şikayət etmək əbəsdir”,-deyə o qeyd etdi.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT