logo

İran səfiri Azərbaycan XİN-ə çağırılıb

İran səfiri Azərbaycan XİN-ə çağırılıb

Bakı Tehrana cavab verib. 11 noyabrda İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.

“Görüşdə, son zamanlar İran mediasında Azərbaycan Respublikası əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, İran İslam Respublikasının yüksək vəzifəli siyasi və hərbi rəsmilərinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb”- deyə məlumatda qeyd olunub.

Bakı İranda Azərbaycana qarşı bu kimi məlumatların yayımlanmasının və fəaliyyətin aparılmasının qəbuledilməz olduğunu və ən qısa zamanda bunlara son verilməsinin gözlənildiyini vurğulayıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT