İranın XİN başçısı Borellə sanksiyaların ləğvini müzakirə edib

İranın XİN başçısı Borellə sanksiyaların ləğvini müzakirə edib

“İran sabit və davamlı razılaşma əldə etməyə hazırdır”. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borellə telefon danışığında deyib.

Tərəflər Avropa İttifaqı ilə İran İslam Respublikası arasında sanksiyaların ləğvi və Ukraynadakı vəziyyət ilə bağlı son hadisələr haqqında fikir mübadiləsi aparıblar.

H.Əmir Abdullahiyan bildirib ki, biz öz fikirlərimizi konstruktiv və gələcəyə hesablanmış yanaşma ilə Amerika tərəfinə təqdim etmişik.

Beynəlxalq Atom Enerjisi Təşkilatı və İran arasındakı münasibətlərdən danışan H.Əmir Abdullahiyan qeyd eidb ki, təşkilatla İran arasında yaxşı və güclü əməkdaşlıq haqqında saziş davam edir.

Telefon danışığında C.Borel qeyd edib ki, biz yekun razılaşma nöqtəsinə çatmaq üçün konstruktiv səylərimizi davam etdirəcəyik və nəticəyə nikbin baxırıq.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT