logo

Azərbaycanda koronavirusa daha 65 nəfər yoluxub

Azərbaycanda koronavirusa daha 65 nəfər yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 65 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 751 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 407 nəfər müalicə olunaraq sağalıb, hazırda 409 aktiv xəstə var. Bu günə qədər 9 935 nəfər ölüb.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 959, bu günə qədər isə ümumilikdə 7 296 340 test icra olunub.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT