Türkiyə Taxıl sazişinin 1 ilə qədər uzadılmasını istəyir: Ərdoğanın sözçüsü

"Rusiya Prezidenti Vladimir Putin İstanbulda imzalanan “Taxıl daşınması” sazişinin uzadılması məsələsində bizə müsbət fikir bildirib".
Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “A-Haber” kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Türkiyə tərəfi bu sazişin 1 ilə qədər müddətə uzadılmasını istəyir.





