logo

Aİ Ermənistana faktaraşdırıcı missiya göndərmək qərarına gəlib: Ararat Mirzoyan

Aİ Ermənistana faktaraşdırıcı missiya göndərmək qərarına gəlib: Ararat Mirzoyan

Aİ Ermənistan və Azərbaycan sərhədinə missiya göndərmək qərarına gəlib. Bu barədə Moskvada ER xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Fransa Prezidenti Emanuel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə Praqada görüş təşkil olunub və orada razılığa gəliblər ki, Aİ missiyası faktlarla tanış olmaq üçün Ermənistana səfər edəcək və sonra hesabat hazırlanacakdır”, - deyə rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Mirzoyan bildirib.

"Mənə məlumat verildi ki, Aİ artıq faktaraşdırıcı missiya göndərmək qərarına gəlib", - ER XİN başçısı qeyd edib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT