“Toxunulmaz qardaşlıq” ləğv olundu: Qırğızıstan KTMT-nin hərbi təlimlərində iştirakdan imtina edib

“Toxunulmaz qardaşlıq” ləğv olundu: Qırğızıstan KTMT-nin hərbi təlimlərində iştirakdan imtina edib

Qırğızıstanın Müdafiə Nazirliyindən “İnterfax”a verilən məlumata görə, “Toxunulmaz Qardaşlıq” sülhməramlılarının oktyabrın 10-14-də İssık Kul vilayətindəki “Edelveys” poliqonunda keçirilməsi planlaşdırılan təlimləri baş tutmayacaq. Lakin ləğvin səbəbi açıqlanmayıb.

Təlimlərə Özbəkistan, Serbiya, Suriya, Türkmənistan və Monqolustandan müşahidəçilər dəvət olunub. 

Məlumatda qeyd olunur ki, Qırğızıstan prezidenti Sadir Japarov MDB ölkələrinin oktyabrın 7-də Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində də iştirak etməyib. Qırğızıstan hələlik öz nümayəndə heyətinin 13-14 oktyabr Astana sammitlərində iştirakını təsdiqləməyib. 

KTMT hərbi təlimlərin ləğvi ilə bağlı şərh verməyib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT