logo

Ararat Mirzoyanın dəvəti ilə Rafael Qrossi Ermənistana səfər edəcək

Ararat Mirzoyanın dəvəti ilə Rafael Qrossi Ermənistana səfər edəcək

Ermənistan Respublikasının XİN başçısı Ararat Mirzoyanın dəvəti ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi oktyabrın 4-5-də işgüzar səfəri ilə Ermənistanda olacaq. 

Oktyabrın 4-də  Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktorunun Ararat Mirzoyanla görüşü olacaq. 

Səfər çərçivəsində Qrossini Ermənistan Respublikasının prezidenti, Ermənistan Respublikasının baş naziri, ərazi idarəetmə və infrastruktur, səhiyyə nazirləri qəbul edəcəklər.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru həmçinin Ermənistan Atom Elektrik Stansiyasına, Fanarcyan adına Milli Onkologiya Mərkəzinə baş çəkəcək və YDU tələbələri üçün mühazirə oxuyacaq.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT