Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə görüşüb

Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun fransalı həmsədri   ilə görüşüb

Oktyabrın 2-də Cenevrədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bris Rokefo ilə görüşüb.

Tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə edib. Onlar Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına, Dağlıq Qarabağ probleminə toxunublar.

Erməni tərəfi Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisindən dərhal çıxarılması, erməni hərbi əsirlərin vətənə qaytarılması və atəşkəs rejiminin qeyd-şərtsiz saxlanmasının zəruriliyinə əhəmiyyət verib. 

Qeyd olunub ki, Azərbaycan tərəfindən erməni hərbi əsirlərə qarşı törədilmiş qətllər, işgəncələr və digər hərbi cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən açıq şəkildə pislənməli, günahkarlar isə məsuliyyətə cəlb olunmalıdırlar. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT