logo

Son sutkada Azərbaycanda 129 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Son sutkada Azərbaycanda 129 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 213 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 821 440 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 587 nəfər müalicə olunaraq sağalıb, hazırda 936 aktiv xəstə var. Bu günə qədər 9 917 nəfər ölüb.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 400, bu günə qədər isə ümumilikdə 7 249 967 test icra olunub.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT