logo

Ombudsman AİHM sədrinə Azərbaycanın təcavüzü zamanı işgəncə halları ilə bağlı məlumat verib

Ombudsman AİHM sədrinə Azərbaycanın təcavüzü zamanı işgəncə halları ilə bağlı məlumat verib

Sentyabrın 27-də Ermənistanın Ombudsmanı Kristinne Qriqoryan Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Robert Spano ilə görüşüb.

Kristinne Qriqoryan çıxışında Azərbaycan təcavüzünün nəticələrini təqdim edib və ciddi təhlükəsizlik təhdidləri kontekstində insan hüquqlarının qorunması və təmin edilməsinin vacibliyini vurğulayıb.

Qriqoryan Məhkəmə sədrinə Azərbaycanın Ermənistana hücumunun nəticələri barədə Ombudsmanın fövqəladə məruzəsini də təqdim edib. Həmin məruzədə digər məsələlərlə yanaşı, Azərbaycanın hücumu zamanı qeydə alınmış işgəncə, qeyri-insani və ya alçaldıcı rəftar halları təhlil edilib.

Robert Spano AİHM-də Ermənistana qarşı qaldırılan işlərin statistikasını təqdim edərək, qeydə alınan əsas qanun pozuntularına və bu istiqamətdə dövlətin atacağı addımlara toxunub.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT