ABŞ Senatında Azərbaycanı Amerika hərbi yardımından məhrum edən və sanksiyaları nəzərdə tutan qətnamə təqdim olunub

ABŞ Senatında Azərbaycanı Amerika hərbi yardımından məhrum edən və sanksiyaları nəzərdə tutan qətnamə təqdim olunub

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes və həmin komitənin üzvü Marko Rubio sentyabrın 27-də qanunvericilik təşəbbüsü təqdim ediblər. Onlar Azərbaycanın Ermənistana qarşı son təcavüzünü pisləyərək, Amerikanın Azərbaycana təhlükəsizlik dəstəyini dərhal dayandırmağa, erməni hərbi əsirləri azad etməyə, hərbi cinayətlərə görə sanksiyalar tətbiq etməyə çağırıblar.

Bu barədə “Hay Dat”ın mərkəzi ofisinin yaydığı məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, qətnamə Ermənistan Respublikasının ərazi bütövlüyü ilə həmrəyliyi ifadə edir və Ermənistan və Artsaxa göstərilən Amerika yardımını artırmağa çağırır.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT