ER-də akkreditə olunmuş diplomatlara sərhəddəki vəziyyət təqdim olunub

ER-də akkreditə olunmuş diplomatlara sərhəddəki vəziyyət təqdim olunub

Sentyabrın 16-da Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri Azərbaycanın təcavüzündən zərər çəkmiş rayonlara səfər ediblər.

Cermuk şəhərində ER Silahlı Qüvvələri Baş Qərargahının rəisi - müdafiə nazirinin birinci müavini, general-mayor Edvard Asryan Azərbaycanın sentyabrın 13-də törətdiyi genişmiqyaslı təcavüz nəticəsində yaranmış vəziyyəti, mərmi və raket atəşləri nəticəsində Cermuk şəhərinin mülki infrastrukturuna dəymiş ziyanı təqdim edib, əməliyyat şəraiti barədə məlumat verib.

General-mayor Edvard Asryan xarici diplomatların suallarını cavablandırıb, həmçinin Azərbaycan hərbçiləri tərəfindən döyüş mövqelərində həlak olan erməni hərbçilərə qarşı həyata keçirilən işgəncələrə toxunaraq, onları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT