Azərbaycanda 44 günlük müharibəsi iştirakçıları MN qarşısında etiraz aksiyası keçirib

Azərbaycanda 44 günlük müharibəsi iştirakçıları MN  qarşısında etiraz aksiyası keçirib

44 günlük müharibəsi zamanı səfərbərliklə hərbi hissələrə cəlb olunmuş şəxslər Azərbaycanın Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyasını keçirib. Onlar "müharibə iştirakçısı" statusunun verilməməsindən şikayətçidirlər, “Turan” agentliyi məlumat yayıb.

Aksiya iştirakçıları bildirib ki, müharibə zamanı könüllü kimi müraciət edərək səfərbərliklə müxtəlif hərbi hissələrə cəlb olunublar. Etirazçılar Müdafiə Nazirliyinə məsələ ilə bağlı dəfələrlə müraciət etdiklərini bildirib.

Aksiya insidentsiz başa çatıb, aksiya iştirakçılarından 5 nəfər Müdafiə Nazirliyinə qəbula dəvət olunub. 

“Müharibə  veteranı” adının verilməsi ilə bağlı müraciətlərə cavab olaraq Müdafiə Nazirliyindən bildirilib ki, təqdim edilmiş sənədlər və daxil olmuş müraciətlər araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT