Nikol Paşinyan və Şarl Mişel avqustun 31-də Brüsseldə keçiriləcək üçtərəfli görüşə toxunublar

Nikol Paşinyan və Şarl Mişel avqustun 31-də Brüsseldə keçiriləcək üçtərəfli görüşə toxunublar

Baş nazir Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığı aparıb.

Həmsöhbətlər Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin avqustun 31-də Brüsseldə keçiriləcək üçtərəfli görüşünə toxunublar.

Tərəflər dialoqun davam olunmasını vurğulayaraq, danışıqların səmərəli olacağına ümidvar olduqlarını bildiriblər.

Nikol Paşinyan və Şarl Mişel Ermənistan-Avropa İttifaqı ikitərəfli gündəliyi ilə bağlı məsələləri də müzakirə ediblər.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT