SQ BQ rəisi rusiyalı həmkarına Ermənistan-Azərbaycan sərhədində və Artsaxda baş verən hadisələri təqdim edib

SQ BQ rəisi rusiyalı həmkarına Ermənistan-Azərbaycan sərhədində və Artsaxda baş verən hadisələri təqdim edib

Avqustun 26-da ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Edvard Asryan Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin 1-ci müavini, ordu generalı Valeri Gerasimov ilə görüşüb. Bu barədə ER Müdafiə Nazirliyinin mətbuat katibinin “Facebook” səhifəsində deyilir.

“Valeri Gerasimov Edvard Asryanı ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin olunması münasibətilə təbrik edib, ona Ermənistan Respublikasının rifahı naminə səmərəli fəaliyyət arzulayıb.

ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi rusiyalı həmkarına Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri, eləcə də Artsaxda qeydə alınan hadisələri və mövcud vəziyyəti təqdim edib.

Görüş zamanı Ermənistan-Rusiya hərbi əməkdaşlığı ilə bağlı bir sıra məsələlər müzakirə olunub. ER silahlı qüvvələrinin modernləşdirilməsinə və islahatların gedişinə toxunulub”- deyə məlumatda qeyd olunub. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT