Daşkənddə Rusya və Çin XİN başçılarının görüşü baş tutub

Daşkənddə Rusya və Çin XİN başçılarının görüşü baş tutub

Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Van Yi ilə görüşüb.

“Nazirlər çətin geosiyasi vəziyyət şəraitində dinamik inkişaf etməkdə davam edən Rusiya-Çin münasibətlərini müsbət qiymətləndiriblər”,- Ruisya XİN bəyanatında qeyd olunub. 

Tərəflər həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinin əsas məsələləri, inkişaf perspektivləri və təşkilatın beynəlxalq aləmdə nüfuzunun artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

“Nazirlər regional təhlükəsizlik arxitekturasının qurulmasında ŞƏT-in aparıcı rolunu vurğuladılar, Avrasiyada sülhün və sabitliyin qorunmasında, iqtisadi inkişafın təmin edilməsində təşkilatın mühüm konstruktiv töhfəsini qeyd etdilər”,- bəyanatda qeyd olunub.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT