Baltik liderləri Co Baydenə müraciət edib

Baltik liderləri Co Baydenə müraciət edib

Baltik ölkələri ABŞ-ın regionda hərbi mövcudluğunu gücləndirməsi üçün Prezident Co Baydenə müraciət edib.

Bu barədə Litva Prezidenti Gitanas Nauseda "Twitter"də bildirib.

“Latviya Prezidenti Egils Levits, Estoniya Prezidenti Alar Karis ilə birgə biz Co Baydeni ABŞ-ın Baltikyanı ölkələrdə hərbi mövcudluğunu artırmağa və NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndirməyə davam etməyə çağırırıq. Madriddə qəbul edilən qərarlar Avropada sülh və bütün transatlantik cəmiyyətin təhlükəsizliyi üçün çox vacibdir”, - Litva Prezidenti vurğulayıb.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT