logo

Azərbaycanda son sutkada 68 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 68 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 794 656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 032 nəfər müalicə olunaraq sağalıb, hazırda 901 aktiv xəstə var. Bu günə qədər 9 723 nəfər ölüb.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 840, bu günə qədər isə ümumilikdə 7 004 415 test icra olunub.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT