logo

Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz ixracını iki dəfə artırmaqdır: Ursula fon der Leyn

Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz ixracını iki dəfə artırmaqdır: Ursula fon der Leyn

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyn iyulun 18-də günün ikinci yarısında Bakıya gəlib.

O, Azərbaycandan Avropaya qaz ixracının artırılması haqqında sazişin imzalanmasında iştirak edəcək. 

"Aİ daha etibarlı enerji təchizatçılarına üz tutur. Bu gün mən yeni saziş imzalamaq üçün Azərbaycandayam. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz ixracını iki dəfə artırmaqdır.

Azərbaycan iqlim neytrallığına gedən yolda təchizatın təhlükəsizliyi məsələsində bizim mühüm tərəfdaşımız olacaq"- deyə o, öz “Twitter” hesabında yazıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT