Nikol Paşinyan Emmanuel Makronu təbrik etdi

Nikol Paşinyan Emmanuel Makronu təbrik etdi

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Milli bayram münasibətilə Fransa prezidenti Emmanuel Makrona təbrik məktubu göndərib. Məktubda deyilir ki, Ermənistan  min illik tarixə malik erməni-fransız təmaslarına, o cümlədən möhkəm sivilizasiya və dəyərlərə söykənən Fransa ilə imtiyazlı dostluğu yüksək qiymətləndiririk.

“Bu kontekstdə biz ötən ilin dekabrında imzalanmış Ermənistan-Fransa iqtisadi əməkdaşlığının 2021-2026-cı illər üçün yol xəritəsinin müddəalarının həyata keçirilməsini xüsusi vurğulayırıq.

Ermənistan Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunu və onun Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması və ədalətli həlli prosesində iştirakını yüksək qiymətləndirir.  Bununla əlaqədar, mən Ermənistanın bu münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün qətiyyətli öhdəliyini bir daha təsdiq edirəm.

Bu əziz bayram münasibətilə Fransanı bir daha təbrik edərək, mən özümü və erməni xalqının Sizi yaxın gələcəkdə Ermənistanda dövlət səfərində qəbul etmək istəyini bir daha təsdiq edirəm”,- deyə Nikol Paşinyanq eyd etdi.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT