Azərbaycanda müharibə iştirakçısı intihar edib

Azərbaycanda müharibə iştirakçısı intihar edib

Azərbaycanın Sabirabad Rayon İcra Hakimiyyətinin qarşısında inihara cəhd edən İkinci Qarabağ müharibəsinin iştirakçısı Elvin Cəfərov dünyasını dəyişib.

Yaxınları qeyd etmişdi ki, Cəfərov ona qarşı diqqətsizliyə və pensiya kəsildiyinə görə son variant kimi intihara əl atıb.

İyulun 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, Sabirabad rayonu, Qalağayın kənd sakini, 3-cü dərəcə Vətən müharibəsi əlili, 1987-ci il təvəllüdlü Elvin Cəfərov dövlət tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunub, həmçinin Elvin Cəfərovun və ailə üzvlərinin məşğulluğuna da dəstək göstərilib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT