Müsəlman Birliyi Hərəkatının üzvləri Bakıda etiraz aksiyası keçiriblər

Müsəlman Birliyi Hərəkatının üzvləri Bakıda etiraz aksiyası keçiriblər

Müsəlman Birliyi Hərəkatının fəallarından ibarət qrup çərşənbə günü səhər Prezident Administrasiyasının binası qarşısında başlayan etiraz aksiyasını günün ikinci yarısında Bakı Şəhər Baş Polis İdarəsinin qarşısında davam etdiriblər.

Azərbaycan KİV-in yaydığı məlumata görə , onlar bir daha mayın 20-də dindarların dindirilməsi zamanı “Allahı təhqir edən polislərin cəzalandırılması”nı tələb ediblər.

Fəallar bəyanatlarını oxumaq istədikləri zaman polis əməkdaşları onları polis idarəsinin binasından uzaqlaşdırıb. Sonra isə onlardan bir neçə nəfərini söhbət üçün dəvət ediblər.

Polis əməkdaşları jurnalistlərin çəkiliş aparmasına mane olublar. Jurnalist Nərgiz Absalamovanın jurnalist vəsiqəsi əlindən alınıb, bir neçə saat sonra vəsiqə zədələnmiş formada jurnalistə qaytarılıb.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT