Ukraynaya uzaqmənzilli raketlər verilərsə, Rusiya indiyə qədər zərbə endirmədiyi obyektlərə zərbə endirəcək: Putin

Ukraynaya uzaqmənzilli raketlər verilərsə, Rusiya indiyə qədər zərbə endirmədiyi obyektlərə zərbə endirəcək: Putin

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin “Rossiya 1” kanalına müsahibəsində ABŞ-ın Ukraynaya reaktiv yaylım atəşi sistemləri (RYAS) verməsinə toxunub.

O qeyd etdi ki, bunda yeni bir şey yoxdur, çünki Ukrayna ordusunda sovet istehsalı olan belə sistemlər var. Amma həmin sistemlər adi radiusdan (45-70 km) daha uzağı vurmağa imkan verən raketlərlə təchiz olurnarsa, Rusiya nəticə çıxaracaq. 

“Əgər onlar təmin edilərsə və veriləcəksə, biz bundan müvafiq nəticə çıxaracağıq və hələ vurmadığımız obyektlərə zərbələr endirmək üçün kifayət qədər olan məhvetmə vasitələrimizdən istifadə edəcəyik”, – Putin vurğuladı.

Putin bildirib ki, Ukraynaya silah göndərən Qərb ölkələrinin məqsədi konfliktin uzanmasıdır. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT