logo

“Xain hökumət uşaqpulu ver!”: Azərbaycanda etiraz aksiyası keçirilib

“Xain hökumət uşaqpulu ver!”: Azərbaycanda etiraz aksiyası keçirilib

İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə  Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup qadın fəalı Milli Məclisin qarşısında aksiya keçirib.

"Turan" agentliyinə əsasən, etirazçılar onları deputatların yanına buraxmağı tələb ediblər,  dövləti uşaq müavinətlərinin təmin edilməsinə çağırıblar.

Bir qrup qadın “Taladın sərvətimi, təhvil ver dövlətimi!”, “Büdcəni talama, uşaqpulu ver balama!” şüuarlari səsləndiriblər.

Qadınlar təbii resurslardan əldə edilən gəlirlərin ədalətsiz bölüşdürülməsindən, dövlətin uşaqlara, xüsusilə də aztəminatlı ailələrin uşaqlarına qayğı göstərməməsindən hiddətləniblər,

Polis aksiya iştirakçılarını parlamentin binasına buraxmayıb, onlarla ofislərində görüşməyi tövsiyə edib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT