Entoni Blinken Ermənistan hökumətinin regionda sülh və sabitliyin bərqərar olması üçün göstərdiyi səyləri yüksək qiymətləndirir

Entoni Blinken Ermənistan hökumətinin regionda sülh və sabitliyin bərqərar olması üçün göstərdiyi səyləri yüksək qiymətləndirir

Baş nazir Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

Dövlət katibi Ermənistan Respublikası hökumətinin regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səylərini, həmçinin Ermənistanda demokratik islahatlar prosesini yüksək qiymətləndirib.

Həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsinin həlli, regional kommunikasiyaların açılması, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Baş nazir Paşinyan mayın 22-də Brüsseldə keçirilən üçtərəfli görüşlə bağlı təəssüratlarını bölüşərək vurğulayıb ki, ümumilikdə görüş müsbət keçsə də, görüşdən sonra təəssüf ki, müzakirələrin məzmunu ilə heç bir əlaqəsi olmayan fikirlər səsləndirilib.

Dövlət katibi ABŞ-ın Ermənistanın demokratik islahatlarına, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasına, regional kommunikasiyaların açılmasına və regional sabitliyin bərqərar olmasına dəstəyini davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.

Xüsusi nümayəndələr səviyyəsində Ermənistan-Türkiyə müzakirələrinə də toxunulub. Həmsöhbətlər Ermənistan-ABŞ yüksək səviyyəli təmaslarını davam etdirmək barədə razılığa gəliblər.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT