Ötən sutka Ukraynanın 3 Su-25 təyyarəsi vurulub: Rusiya MN

Ötən sutka Ukraynanın 3 Su-25 təyyarəsi vurulub: Rusiya MN

Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın 3 Su-25 hücum təyyarəsini, 13 pilotsuz uçuş aparatını, o cümlədən bir Bayraktar, iki Toçka-U raketi və səkkiz Smerç yaylım atəşi sisteminin mərmisini vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib/ 

“Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus üç Su-25 təyyarəsini, ikisini Xerson vilayətinin Kiselevka yaşayış məntəqəsi ərazisində, birini isə Xarkov vilayətinin Pavloqrad vilayətində vurub. Bundan əlavə, 13 PUA, o cümlədən Xarkov vilayətinin Lozovaya rayonunda bir Bayraktar TB-2 vurub”, - deyə Rusiya MN sözçüsü  vurğuladı.

O qeyd etdi ki, ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 177 təyyarə, 125 helikopter, 990 pilotsuz uçuş aparatı, 319 zenit-raket kompleksi, 3226 tank və digər zirehli döyüş texnikası, 421 reaktiv yaylım atəşi sistemi, 1643 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 3106 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT